"Trabzonspor"dan ukraynalı futbolçusu ilə bağlı qərar

Ukraynalı hücumçu Daniil Sikan "Trabzonspor"da çıxışını davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı "Fanatik" paylaşıb.

Bildirilir ki, "Kocaelispor" və "Qaziantep" kimi Türkiyə Superliqasının digər klublarının marağına baxmayaraq, 23 yaşlı hücumçu Trabzon klubunda qalacaq.

Futbolçuya güvəndiyini bildirən yeni baş məşqçi Fatih Tekkenin hesabatından sonra qərar verilib.

Qeyd edək ki, ötən mövsümdə Sikan "Trabzonspor"da 18 matça çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right