"Real"dan Alaba qərarı

"Real" futbolçusu David Alaba ilə yollarını ayıracaq.

Newsport.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

İyunun ayının sonunda 33 yaşlı müdafiəçinin yenidən zədə aldığı ortaya çıxıb. Futbolçuya sol ayağının baldır əzələsinin zədələnməsi diaqnozu qoyulub. Ötən mövsüm Alaba zədə səbəbindən La Liqada cəmi 7, bir il əvvəl isə cəmi 14 oyun keçirib.

Klub artıq Alabadan qurtulmalı və yeni oyunçular almalı olduğuna qərar verib. Davidin hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Onun bu müqaviləyə əsasən ildə 12,5 milyon avro maaş alacağı güman edilir.

Alaba isə özü klubdan getməyə hazır görünmür. Müdafiəçi müqaviləsi müddətində "Real"da qalmaq və 2026-cı il dünya çempionatı üçün yaxşı formada olmaq istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right