Uels millisinin sabiq qapıçısı karyerasını bitirir

Tanınmış uelsli qapıçı Ueyn Hennessi 38 yaşında karyerasını bitirmək qərarına gəlib.

Newsport.az xəbər verir ki, bu barədə idmançının özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

Hennessinin karyerasında sonuncu klubu "Nottingem Forest" olub. Qapıçı həmçinin "Vulverhempton", "Bristol Siti", "Stokport", "Yovil", "Kristal Pelas" və "Börnli"də də çıxış edib.

Qeyd edək ki, Hennessi 2007-ci ildən 2023-cü ilə qədər Uels millisinin heyətində 109 oyun keçirib. O, komanda ilə AVRO-2016 və DÇ-2022-də iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right