Mövsümün ən yaxşısı Ronaldo oldu

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında azarkeşlər tərəfindən 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanı Liqasının mətbuat xidmətdi paylaşıb.

"Əl-Nəsr"in hücumçusu mövsüm ərzində 15 dəfə azarkeşlərin səsverməsi ilə "oyunun ən yaxşısı" mükafatını qazanıb.

Bundan əlavə, azarkeşlər Ronaldonun "Əl-Riyad"la oyunda cərimə meydançası xəttindən topa havada birbaşa vuraraq müəllifi olduğu qolu mövsümün ən yaxşısı seçiblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right