"Barselona" Yamalla yeni müqavilə imzaladı RƏSMİ

"Barselona" futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb.

İspaniyalı hücumçu ilə Kataloniya təmsilçisi arasındakı yeni anlaşma 2031-ci ilin yayına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, Yamal 2023-cü ilin aprelində hələ 15 yaşı olarkən "Barselona"da debüt edib. 2023/2024 mövsümündə o, artıq 50 oyun keçirib, 7 qol vurub və 9 qolun ötürməsini edib. Bundan forvard sonra İspaniya millisi ilə Avropa çempionatının qalibi olub. Ötən mövsüm Yamal 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right