Norveç millisinin sabiq futbolçusunun yeni klubu müəyyənləşib

Norveç millisinin sabiq futbolçusu Coşua Kinqin yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, 33 yaşlı vinger Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Xalic”lə anlaşıb.

Tərəflər 2 ilik müqaviləyə imza atıb.

Karyerası ərzində İngiltərənin “Mançester Yunayted”, “Blekbörn”, “Uotford”, “Everton”, Türkiyənin “Fənərbaxça” klublarında çıxış etmiş futbolçu ötən mövsümü Fransanın “Tuluza” komandasında keçirib.

Qeyd edək ki, C.Kinq Norveç millisinin heyətində 62 oyun keçirib, 20 qol vurub. “Transfermarkt” portalı futbolçunun dəyərini 1,8 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right