"Latsio" azarkeşlərindən kütləvi etiraz aksiyası

“Latsio” azarkeşləri klub rəhbərliyinə etiraz ediblər.

Newsport.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.

Bu gün Romada azarkeşlər klubun prezidenti Klaudio Lotitoya qarşı etiraz yürüşü keçirilib. Bildirilir ki, aksiyada 8 minə yaxın insan iştirak edib. Azarkeşlər həmçinin funksionerin əleyhində yazılan olan bannerlə nümayiş etdiriblər. 

Aksiya zamanı “Latsio” azarkeşlərindən ibarət nümayəndə heyəti şəhərin əsas tədbirlər, idman, turizm və moda üzrə müşaviri Alessandro Onorato ilə görüşüb.

Qeyd edək ki, "Latsio" A seriyasının ötən mövsümünü 4-cü pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right