PSJ-nin kapitanı: "Bu məğlubiyyət bizə dərs olacaq"

PSJ-nin futbolçusu Markinyos klublararası dünya çempionatının finalında "Çelsi"yə uduzmaqları haqda danışıb.

Newsport.az xəbər verir ki, o, "Le Parisien"ə açıqlamasında deyib:

"PSJ-də 13 ildir çıxış edirəm və bu mövsüm qədər inanılmaz bir dövr yaşamamışdım. Hamımız bu titulu əldən verdiyimiz üçün məyusuq. Amma başımızda silinməyən bir hiss var. Bəli, bu oyunu uduzduq, amma bu, mövsüm ərzində qazandıqlarımızı heçə endirmir. Bu titulu Parisə gətirmək istəyirdik, alınmadı. Bu, bizi üzür. Lakin bu məğlubiyyətdən nəticə çıxarıb, gələn mövsüm daha çox uğur qazanmağa çalışacağıq".

Xatırladaq ki, sözügedən görüşdə "Çelsi" bütün qolları ilk hissədə vuraraq, PSJ-ni 3:0 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right