Caka da Səudiyyə Ərəbistanına gedir

Qranit Caka Avropanı tərk edə bilər. İsveçrə yığmasının üzvü Səudiyyə Ərəbistanından təklif alıb.

Newsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin “Milan”a keçidi baş turmayıb. “Bayer” 3 illik anlaşması qalan oyunçusu üçün 20 milyon avro tələb etdiyindən transfer reallaşmayıb. “İnter” də eyni səbəbdən kənarda qalıb.

Caka isə Leverkuzendən ayrılmağa qərarlıdır. Onu “Neom” arzusuna çatdıra bilər. Asiyalılar tezliklə Almaniya klubuna rəsmi təklif göndərəcək, daha sonra futbolçu ilə şəxsi müqavilənin detalları dəqiqləşdiriləcək. Qranitə illik 10 milyon avro qazanacağı anlaşma təklif ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right