"Fənərbaxça" qapıçı transfer etdi RƏSMİ

"Fənərbaxça" heyətinə yeni qapıçı cəlb edib.

Newsport.az xəbər verir ki, İstanbul nəhəngi "Rizespor"dan Tarık Çetini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qolkiperlə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Tarık Çetin 2019-cu ilin yayında "Fənərbaxça"nın U-21 komandasından "Rizespor"a keçmişdi. Təcrübəli "əlcək sahibi" ötən mövsüm Super Liqa təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right