"Napoli" holland futbolçu üçün 31 milyon avro ödəyəcək

"Napoli" "Bolonya"nın mərkəz müdafiəçisi Səm Bekemeni transfer edəcək.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mənbəyə görə, Neapol klubu 26 yaşlı niderlandlı futbolçu üçün 31 milyon avro + bonuslar ödəyəcək.

Qeyd edək ki, Bekeme 2023-cü ilin yayından etibarən "Bolonya"da çıxış edir. O, klubun heyətində 80 oyun keçirib, 2 qol vurub və 3 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right