“Beşiktaş” “Mançester Siti”nin vingeri Cek Qrilişin növbəti klubu ola bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu ingiltərəli futbolçunun keçidini bu transfer pəncərəsində rəsmiləşdirməyə hazırlaşır. Qriliş özü də “şəhərlilər”i tərk etməyə hazırdır.
Qriliş 2021-ci ildən “Mançester Siti”də oynayır. Onun klubla müqaviləsinin qalan müddəti iki ildir. O, son mövsümdə 32 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.