Klublararası dünya çempionatının qalibi bəlli olub
Newsport.az xəbər verir ki, ABŞ-də keçirilən turnirin final oyununda Fransanın PSJ və İngiltərənin "Çelsi" klubları üz-üzə gəlib.
Qarşılaşma “Çelsi”nin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. London təmsilçisinin heyətində Koul Palmer iki dəfə (22, 30-cu dəqiqə), Joao Pedro (43) bir dəfə fərqlənib. “Çelsi” tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olur. "Zadəganlar" 2021-ci ildə də bu titulu qazanmışdı.
Xatırladaq ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.
Klublararası dünya çempionatı
Final
23:00
PSJ (Fransa) - "Çelsi" (İngiltərə) 0:3
Qollar: K.Palmer,22, 30, J.Pedro,43