“Sabah”ın rəqibi qapıçısı ilə vidalaşıb

“Sabah”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Çelye” (Sloveniya) qapıçısı Matyaj Rozmanla yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qolkiper “Çelye”nin heyətində 208 matçda meydana çıxıb.

“Sabah”la “Çelye” arasında Bakıda keçirilən ilk matçda Sloveniya təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right