Henderson yenidən Premyer Liqada

“Ayaks”dan ayrılan Cordan Hendersonun yeni komandası bəlli olub.

Newsport.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi yenidən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Tanınmış insayder Fabritsio Romano 35 yaşlı futbolçunun “Brentford”la razılığa gəldiyini və tezliklə tərəflərin 2 illik müqavilə bağlayacağı haqda məlumat yayıb.

Qeyd edək ki, Henderson 12 illik “Liverpul” karyerasından sonra “Əl-İttifaq”a yollanmış, oradan isə “Ayaks”a getmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right