Cicanın transferini açıqladılar

"Qarabağ"dan ayrılan Redon Cicanın “SSPA Şabab Riadi Beluizdad” klubuna transferi rəsmiləşib.

Newsport.az xəbər verir ki, bu barədə Əlcəzair təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumçu ilə 2 illik müqavilənin imzalandığı açıqlanıb.

Qeyd edək ki, 2023-cü ilin yanvarından bu yayadək "Qarabağ"ın formasını geyinən Cica 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 qol ötürməsi verib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right