"Barselona" qapıçısı ilə bağlı qərar verdi RƏSMİ

"Barselona" müqaviləsi başa çatan Voyçex Şensnı ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, İspaniya çempionu polşalı qolkiperin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı "əlcək sahibi" 2026/2027 sezonunun sonuna kimi La Liqa nəhəngində qalacaq.

Qeyd edək ki, Voyşex Şensnı ötən ilin oktyabr ayından "Barselona"da çıxış edir. Təcrübəli qapıçı Kataloniya təmsilçisinin heyətində 28 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right