"Kadimyan Azərbaycana gəlməyəcək"

Ukraynanın "Olimpik" klubunun futbolçusu Anton Postupalenko bəyan edib ki, komanda yoldaşı Heham Kadimyan Azərbaycana gəlməyəcək. 

Newsport.az saytının məlumatına görə,o, erməni əsilli ukraynalı həmkarının ölkəmizdən təklif alması barədə xəbərlərə belə münasibət bildirib:

"Kadimyan Azərbaycandan təklif alıb? Düzünü deyim ki, məndə belə informasiya yoxdur. Bildiyim tək şey Kadimyanın "Olimpik"lə müqaviləsinin müddətinin başa çatdığı və onun yeni anlaşma imzalamaq istəməməsidir. O, başqa klubda oynamaq istəyir. Kadimyana Azərbaycandan dəvət gəlsə belə, o, ölkənizə gəlməz. Bunun bircə səbəbi var - Azərbaycanla Ermənistan arasındakı münasibətlər".

Qeyd edək ki, Kadimyanın Azərbaycandan təklif aldığı barədə məlumatı onun meneceri Vadim Şabliy Ukrayna mətbuatına açıqlamasında bildirmişdi.

Azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right