Kompani: "PSJ ilə oyuna tam hazır olacağıq"

"Bavariya"nın baş məşqçisi Vinsent Kompani klublararası dünya çempionatının 1/4 finalında PSJ-yə qarşı keçirəcəkləri matç barədə danışıb.

Newsport.az xəbər verir ki, Münhen təmsilçisi 1/8 finalda "Flamenqo"ya qalib gələrək (4:2) növbəti mərhələyə adlayıb.

Mütəxəsis isə istirahət etdikdən sonra Paris təmsilçisi iə qarşılaşmaya hazırlaşacaqlrını deyib:

"Atmosfer o qədər xüsusi və təsirli idi ki... Düşünürəm ki, azarkeşlər üçün əla matç oldu. Növbəti mərhələyə adladığımız üçün xoşbəxtik.

PSJ ilə oyun üçün bizə nə lazım olduğunu axtaracağıq. İndi əsas şey dincəlməkdir. Enerjimizi bərpa etməliyik. İki yüksək səviyyəli komanda böyük oyunda bir-biri ilə qarşılaşacaq. Biz bu matça tam hazır olacağıq".

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right