“Ayaks” yeddi futbolçusu ilə vidalaşdı

Niderlandın “Ayaks” klubu yeddi futbolçusunu komandadan kənarlaşdırıb.

Newsport.az xəbər verir ki, Amsterdam təmsilçisinin texniki direktoru Aleks Kruz həmin oyunçulara kollektivlə məşqlərdə iştirak etməyəcəklərini söyləyib.

Bunlar qapıçı Cey Qorter, mərkəz yarımmüdafiəçiləri Branko van den Bomen, Kristian Hlinsson, hücumçular Kristian Rasmussen, Çuba Akpom və sol cinah vingerləri Borna Sosa ilə Karluş Forbşdur.

Klub heyətini gücləndirmək üçün vəsait toplamaq məqsədi ilə sözügedən futbolçuların hamısını satmağı planlaşdırır.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right