"Roma"nın hücumçusu Temmi Abraham karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Newsport.az xəbər verir ki, bu barədə "A Spor" televiziyası məlumat yayıb.
"Beşiktaş" ingiltərəli futbolçunun keçidini həll edib. İstanbul nəhəngi həm Abrahamın özü ilə, həm də klubu ilə razılığa gəlib. İngiltərə millisinin üzvü Türkiyəyə gedərək "Beşiktaş"la müqavilə imzalayacaq.
Qeyd edək ki, Temmi Abraham ötən mövsüm icarə əsasında "Milan"da çıxış edib. 27 yaşlı forvard A Seriyası təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 10 qol vurub, 7 qol ötürməsi edib.