İngiltərə millisinin sabiq futbolçusu sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb

İngiltərə millisinin, "Mançester Yunayted" və "Liverpul" klublarının keçmiş futbolçusu Pol İns sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.

Newsport.az "Daily Mail"ə istinadən xəbər verir ki, onun avtomobili hasara çırpılıb.

57 yaşlı veteran yarımmüdafiəçi iyulun 18-də məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, P.İns İngiltərə millisinin heyətində 1996-cı ildə Avropa çempionatının bürünc medalçısı olub. O, "Mançester Yunayted"lə 2 dəfə liqa və federasiya kubokunun, həmçinin UEFA Superkuboku və Kuboklar Kubokunun qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right