“Hamıya Səudiyyə Ərəbistanını ziyarət etməyi tövsiyə edirəm” Kriştiano Ronaldo

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanına səfər etməyi tövsiyə edir.

Newsport.az xarici KİV-ə istinadən xəbər ver ki, o, bu ölkəni bəyəndiyini söyləyib:

“Heç kimi inandırmağa ehtiyac yoxdur. Sadəcə bura gəlin və baxın. Bu ölkəni çox bəyənirəm, ona görə də hamıya bu ölkəni ziyarət etməyi tövsiyə edirəm. Burada çox şey dəyişib”.

Portuqaliyalı futbolçu bundan əvvəl “Əl-Nəsr”lə yeni – iki illik müqavilə imzalayıb. O, Səudiyyə Ərəbistanı klubunun heyətində 105 oyun keçirib, 93 qol vurub və 19 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right