"Samsunspor" "Kalyari"nin futbolçusu Antuan Makumbunu transfer edir.
Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Türkiyə klubu artıq İtaliya təmsilçisi ilə razılaşıb. 26 yaşlı dayaq yarımmüdafiəçi özü də bu keçidə razıdır. Sözləşmənin gələn həftədə imzalanacağı bildirilir.
Qeyd edək ki, Antuan Makumbu başa çatan mövsümdə "Kalyari"nin heyətində 34 oyuna çıxıb və 3 qolun ötürməsini edib. Onun klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.