"Milan" Luka Yoviçlə yollarını ayırdığını elan edib.
Newsport.az xəbər verir ki, İtaliya təmsilçisi 27 yaşlı serb hücumçu ilə müqaviləni uzatmayıb. Yoviç 2023-cü ildən "Milan"da çıxış edirdi. Bu müddətdə o, 47 oyunda 13 qol vurub.
Qeyd edək ki, “Milan” daha əvvəl klubda icarə əsasında çıxış edən Kayl Uolker, Tommi Abraham, Joau Feliks və Rikkardo Sottillə də yollarını ayırıb.