"Yuventus" hücumçusunu heyətdən çıxara bilər "Fənərbaxça"nı da rədd etdi

"Yuventus" yayda klubdan ayrılmağa razı olmasa, Duşan Vlahoviçi heyətdən çıxara bilər.

Newsport.az xəbər verir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, 25 yaşlı serb hücumçu 2026-cı ilə qədər olan müqaviləsini sona qədər yerinə yetirmək və daha sonra azad agent kimi ayrılıb indiki səviyyədə maaş almağa çalışmaq niyyətindədir. Vlahoviçin müqaviləsində maaşın hər il artması nəzərdə tutulub. Hal-hazırda 7,5 milyon avro alan futbolçu, 2025/26 mövsümündə bu rəqəmi 12 milyon avroya çatdıracaq.

Məlumata görə, oyunçu ilə klub arasında münasibətlər gərgindir və Vlahoviç güzəştə getmək fikrində deyil. O, yaxın ətrafına bu yay heç yerə getmək istəmədiyini bildirib. Artıq "Fənərbaxça"nın təklifini rədd edib və onu maraqlandıracaq başqa variantlar da hələ ki, yoxdur.

Vlahoviçin komandada qalması, "Yuventus"un yay planlarını çətinləşdirə bilər. Klub həm Conatan Davidin transferini, həm də Randal Kolo-Muaninin icarəsinin uzadılmasını nəzərdən keçirir. Əgər Vlahoviç mövqeyini dəyişməsə, klub onu əsas heyətdən kənarlaşdıra bilər. Bu, daha əvvəl Federiko Kyeza ilə də baş vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right