"Beşiktaş"ı tərk etməyə hazırlaşır

"Beşiktaş" daha bir futbolçu ilə yollarını ayırmaq haqda düşünür.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” Salih Uçanı komandada saxlamağı planlaşdırmır. Onun vaxtından əvvəl komandadan göndəriləcəyi gözlənilir.

“Beşiktaş”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Uçanın “Kocaelispor”a keçidi gündəmdədir. Türk futbolçu özü də İzmit klubuna transferinə müsbət yanaşır.

O, karyerası ərzində “Bucaspor”, “Fənərbaxça”, “Roma”, “Sion”, “Empoli”, “Alanyaspor”, “Başakşəhər” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right