Kamran Ağayev “Karşıyaka”ya lazım deyil

Milli komandamızın qapıçısı Kamran  Ağayev "Karşıyaka”dan ayrılmağa hazırlaşır. 

Newsport.az-ın məlumatına görə, bu barədə "yeniasr.com.tr” saytı məlumat yayıb. Mənbədə yer alan məlumata görə, Ağayev artıq "Karşıyaka”ya lazım deyil. 
 
Buna səbəb isə "Karşıyaka”da digər qapıçı Ersin Aydının son zamanlar özünü yaxşı tərəfdən göstərməsidir. Mövsümün əvvəlində III Liqada mübarizə aparan "Darıca Gənclərbirliyi”ndən transer olunan qapıçıya "Karşıyaka”nın əsas qapıçısı gözü ilə baxılır. Kamran yoxluğunda "Balıkesirspor”la matçda forma geyinən və qol buraxmayan qapıçı fanatların da svimlisinə çevrilib. 
 
Aydının son zamanlardakı uğurlu çıxışı isə Kamranın komandadan ayrılması ilə nəticələnəcək. Mənbədə yer alan məlumata görə, Kamran hazırda Azərbaycandadır. Baş məşqçi Kamal Özdəşdən icazə alan əlcəh sahibi yaxın günlərdə İzmirə qayıdacaq. Onun müqaviləsinin yaxın müddət ərzində ləğv olunacağı da vurğulanıb.
 
Qeyd edək ki,Kamran 3 aydır ki, maaş üzünə həsrət qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right