Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşin gələcəyi getdikcə daha çox İngiltərə ilə əlaqələndirilir.
Newsport.az “TEAMtalk”-a istinadən xəbər verir ki, isveçli forvard “Mançester Yunayted”ə keçməyə hazır olduğunu bildirib. Bu qərar, digər aparıcı klubların, həmçinin, “Arsenal”ın marağına baxmayaraq verilib.
Qyokereş Portuqaliyada möhtəşəm mövsüm keçirib. O, bütün turnirlərdə 52 oyunda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə verib.
27 yaşlı futbolçunun “Sportinq”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.