“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən “Mançester Yunayted”in hücumçusu Ceydon Sançonu almamağı və başqa namizədlərə baxmağı xahiş edib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə klubunun baş məşqçisi Ruben Amorimlə əlaqə saxlayıb və bundan sonra futbolçudan imtina etmək qərarına gəlib. Portuqaliyalı məşqçilər arasında çox yaxın münasibət var. Mourinyo vingerin motivasiya səviyyəsinin və peşəkarlığının problemə çevrilə biləcəyinə qərar verib.
Sanço bu yaxınlarda icarə əsasında oynadığı “Çelsi”dən “Mançester Yunayted”ə qayıdıb.