“Mançester Yunayted”in sabiq futbolçusu Aksel Tuanzebe karyerasını “Bernli”də davam etdirəcək.
Newsport.az “Burnley Express”-ə istinadən xəbər verir ki, tərəflər bir illik müqavilə imzalanması barədə razılığa gəliblər.
27 yaşlı müdafiəçi hazırda “İpsviç”in şərəfini qoruyur. Ancaq onun klubla müqaviləsinin müddəti bu ayın 30-da başa çatacaq və tərəflər əməkdaşlığı davam etdirməmək qərarı veriblər.
Konqolu futbolçu 2024/25 mövsümündə “İpsviç”in heyətində 23 oyunda meydana çıxaraq, 1 məhsuldar ötürmə ilə yadda qalıb.