“Özümü əla hiss edirəm” Zədəsini sağaldan futbolçu

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri zədəsini sağaltdıqdan sonra ilk turniri olan Klublararası dünya çempionatında iştirakla bağlı təəssüratlarını bölüşüb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, özünü əla hiss etdiyini söyləyib:

“Özümü əla hiss edirəm, yenidən komandanın yanında olduğum və meydana çıxdığım üçün xoşbəxtəm. Əsas budur. Klublararası dünya çempionatı yüksək səviyyəyə qayıtmaq üçün əla fürsətdir. Biz əvvəllər bu turnirdə iştirak etməmişik və bu, hamımız üçün yeni təcrübədir. Dünyanın hər yerindən fərqli üslubu olan komandaları izləmək maraqlıdır. Bu, bizim və azarkeşlər üçün faydalıdır”.

29 yaşlı ispaniyalı futbolçu turnirdə üç oyun keçirib və bir məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right