Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında Neymarın komandada vacib rol oynayacağını bildirib.
Newsport.az CONMEBOL-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, 33 yaşlı futbolçu ilə bu barədə şəxsən danışdığını deyib:
“Bəli, mən onunla danışdım. Neymar dünya çempionatında yığmamız üçün çox vacibdir. O, yaxşı hazırlaşmalıdır və buna vaxtı da var. Mən ona dedim ki, bu prosesə ciddi yanaşsın, çünki onu yenidən milli komandanın əsas fiqurlarından biri kimi görürük”.
Neymar bu yaxınlarda “Santos”la müqaviləsinin müddətini cari ilin dekabrına qədər uzadıb. Sözləşməyə əsasən, onun maaşı təxminən aylıq 700 min avro olacaq və müddətin uzadılması imkanı da mövcuddur.