“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen klub rəhbərliyinə ciddi ultimatum verib.
Almaniyalı qolkiper ya klubda karyerasına davam edəcək, ya da müqaviləsini pozacaq. Belə olan halda isə Kataloniya klubu ona müqavilə üzrə tam ödənişi etməlidir.
Newsport.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.
Ter Ştegen klubdan sızdırılan məlumatlar səbəbindən özünü xəyanətə uğramış kimi hiss edir. Çünki bu məlumatlar onun peşəkarlığına kölgə salır. O, mövsümöncəsi hazırlıq üçün “Barselona”ya qayıtmağa hazırdır və əsas qapıçı yeri uğrunda yeni transfer Xuan Qarsiya ilə rəqabətdə qalib gələcəyinə inanır.
Əvvəlki xəbərlərdə isə bildirilib ki, “Barselona” 33 yaşlı qapıçının müqaviləsini ləğv etməyə hazırdır. Ancaq ona yalnız 2028-ci ilə qədər olan müqavilə əsasında bir mövsümün haqqını ödəməyi planlaşdırır.