Almaniya millisinin üzvü "Kopenhagen"da RƏSMİ

"Borussiya"nın futbolçusu Yussufa Mukoko karyerasını Danimarkada davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Kopenhagen" almaniyalı hücumçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Danimarka klubu Mukoko üçün "Borussiya"ya 5 milyon avro təzminat ödəyəcək. "Kopenhagen" 20 forvardla 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Yussufa Mukoko "Borussiya"nın yetirməsidir. Almaniya U-21 millisinin üzvü ötən mövsüm icarə əsasında "Nitsa"da çıxış edib. Gənc oyunçu Fransa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right