Paketa vətəninə qayıdır?

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa vətəni Braziliyaya qayıtmaq niyyətindədir.

Newsport.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

27 yaşlı futbolçunun karyerasına başladığı “Flamenqo”ya keçidi gündəmdədir. Braziliya təmsilçisi də Paketanın geri dönüşünü müsbət qarşılayır və transferə isti baxır.

Hazırda “Vest Hem”in braziliyalı futbolçunun satışı ilə bağlı yekun qərarı yoxdur. Ancaq satış baş tutacağı halda, London klubu təxminən 35 milyon avro qazanacaq.

Paketa son mövsümdə bütün turnirlərdə ümumilikdə 36 oyunda iştirak edib və 5 qol vurub. Daha əvvəl onun idman mərc oyunlarında iştirak etdiyi üçün ömürlük diskvalifikasiya riski ilə üzləşdiyi bildirilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right