“Kristal Pelas”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Ebereçi Eze Premyer Liqanın aparıcı klublarından birinə keçə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Arsenal”ın əsas hədəflərindən biridir.
“Topçular”ın digər transfer alternativi isə “Real”ın braziliyalı hücumçusu Rodriqodur.
Eze 2020-ci ilin yayından “Kristal Pelas”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
İngiltərəli futbolçu son Premyer Liqa mövsümündə 34 oyunda meydana çıxıb, 8 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.