“Atletiko”nu 9 futbolçu tərk edə bilər

“Atletiko” bu yay heyətində böyük dəyişikliklərlə üzləşə bilər.

Newsport.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid təmsilçisi 9 futbolçusunu birdən itirə bilər.

Artıq üç oyunçunun – Aksel Vitsel, Sesar Aspilikueta və Reynildonun komandadan ayrılması dəqiqləşib. Onların müqavilələrinin müddəti başa çatdığı üçün “Atletiko” ilə yollarını ayırırlar.

Bundan əlavə, Anxel Korrea, Rodriqo Rikelme, Samuel Lino və Nauel Molina da klubdan ayrılmağa yaxındır. Mümkün itkilər sırasında yarımmüdafiəçilər Rodriqo de Paul və Konor Qallaherin adları da çəkilir.

“Atletiko” son mövsümdə La Liqanı turnir cədvəlinin 3-cü pilləsində başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right