Ərəblərdən daha bir tanınmış futbolçuya sərfəli təklif

Joao Feliks “Çelsi”nin gələcək planlarına daxil edilmir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu son mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirdikdən sonra London klubundan ayrılmağa hazırdır.

Bildirilir ki, Feliks bir neçə saat əvvəl Səudiyyə Ərəbistanından olduqca sərfəli təklif alıb.

Portuqaliyalı futbolçu 2024/25 mövsümündə bütün klub turnirlərini nəzərə alsaq, 41 oyunda meydana çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right