İvan Perişiçlə bağlı qərar verildi

Niderlandın PSV klubu müqaviləsi başa çatan İvan Perişiçlə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, xorvatiyalı vingerlə yeni sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı futbolçu 2027-ci ilin yayına kimi komandada qalacaq.

Qeyd edək ki, İvan Perişiç 2024-cü ilin sentyabr ayından PSV-də çıxış edir. Təcrübəli ön xətt oyunçusu Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 16 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right