"Milan" "Çelsi"dən icarəyə götürdüyü Joao Felikslə bağlı qərar verib.
Newsport.az xəbər verir ki, A Seriyası nəhəngi portuqaliyalı futbolçunun transfer hüququna yiyələnməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıdacaq.
Qeyd edək ki, "Milan" Joao Feliksi bu ilin fevral ayında icarəyə götürmüşdü. Portuqaliya millisinin üzvü "rossonerilər"in heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.