Ukrayna Futbol Assosiasiyasının sabiq vitse-prezidenti Aleksey Mixayliçenko millinin baş məşqçisi Sergey Rebrovun ünvanına edilən təndiqlərə münasibət bildirib.
Newsport.az xəbər verir ki, yığmanın keçmiş məşqçisinin fikrincə, 51 yaşlı mütəxəssisi indi istefaya göndərmək DÇ-2026-nın seçmə mərhələsində komandanı uğursuzluğa aparar.
Mixayliçenko həmkarına şans verməyin tərəfdarıdır: “Hər şey dünya çempionatının seçmə mərhələsindəki nəticədən asılı olacaq. Rebrovun hazırlıq üçün hələ vaxtı var. Tənqidə yalnız nəticə ilə cavab vermək mümkündür. Mən onun fəaliyyətinə məhz dünya çempionatının seçmə oyunlarından sonra qiymət verərdim. Bu səbəbdən Fransa, Azərbaycan və İslandiya ilə oyunları gözləyək. Bu komandalar önündə uğurlu nəticə göstərmək mümkündür. Oyunçuların millidə işlərinə vicdansız yanaşdıqlarını deyə bilmərəm, amma onların öz güclərini ortaya qoymalarına mane olan səbəblər var”.
Qeyd edək ki, Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsində ilk oyunlarını sentyabrın 5-də evdə Fransa, 9-da səfərdə Azərbaycan millisinə qarşı keçirəcək.