"Qalatasaray"ın futbolçusu Qabriel Sara İngiltərəyə qayıda bilər.
Newsport.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
"Aston Villa" braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Premyer Liqa təmsilçisi "sarı-qırmızılar"a təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı 2024-cü ilin yayında İngiltərənin "Norviç Siti" klubundan transfer edib. 25 yaşlı yarımmüdafiəçi "cim bom"un heyətində keçirdiyi 45 oyunda 2 qol vurub, 10 qol ötürməsi edib.