“Yuventus”un sabiq futbolçusu Pavel Nedved Çexiya millisində çalışacaq.
Newsport.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 52 yaşlı veteran futbolçu milli komandanın baş meneceri təyin edilib.
Nedved Çexiyanın əsas və U-21 milli komandasına cavabdeh olacaq.
Qeyd edək ki,Nedved 2009-cu ildə futbolçu karyerasını başa vurduqdan sonra “Yuventus”da işləyib. O, əvvəlcə idarə heyətinin üzvü, 2015-ci ildə isə vitse-prezident olub. Pavel Nedved klub rəhbərliyinin qayda pozuntuları etməsi ilə bağlı araşdırmalara görə 2023-cü ilin yanvarında 8 aylıq futboldan uzaqlaşdırılıb. O, bu ilin yanvarından Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Şabab”a idman direktoru təyin edilib.