Neymar: "Santos"da kişi oldum"

"Santos"un futbolçusu Neymar klubla yeni müqavilə imzalamasından danışıb.

Newsport.az xəbər verir ki, 33 yaşlı hücumçunun 2025-ci ilin yayınadək nəzərdə tutulan müqaviləsində uzadılma variantı da var. Onun maaşı isə ayda təxminən 700 min avro olacaq

Neymar isə klubda qalmağı haqda qərarını belə şərh edib:  "Ürəyimi dinlədim və qərar verdim. "Santos" təkcə mənim komandam deyil, o, mənim evim, köklərim, tarixim və həyatımdır.

Oğlan idim, "Santos"da kişi oldum. Burada mən həqiqətən sevilirəm. "Santos"da mən özüm ola bilərəm. Həqiqətən xoşbəxtəm.

Hələ reallaşmamış arzularımı gerçəkləşdirmək istəyirəm. Və heç nə məni dayandıra bilməz. Getdim, qayıtdım və qalacağam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right