Qadınların millisi 15 yaşlı oğlanlara böyük hesabla uduzdu

İsveçrənin qadınlardan ibarət futbol üzrə milli komandası Avropa çempionatına hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.

Newsport.az xəbər verir ki, yığma "Luzern" U-15 oğlan komandası ilə üz-üzə gəlib. Qadınlar bu matçda azyaşlı rəqiblərinə 1:7 hesabı ilə uduzub.

İsveçrə Futbol Federasiyası qarşılaşmanın nəticəsini gizlətmək istəyib. Lakin "Luzern"in oyunçularından biri sosial şəbəkə hesabında oyunun hesabını paylaşıb.

İsveçrə 2 iyul tarixində başlayacaq Avropa çempionatına ev sahibliyi edir. Yoldaşlıq oyununda qeydə alınan nəticə turnir öncəsi ölkənin futbol ictimaiyyətində narahatlıq yaradıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right