"Bavariya"nın müdafiəçisi zədələndi

"Bavariya"nın heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Saşa Boe sıradan çıxıb.

Fransalı futbolçu klublararası dünya çempionatının qrup mərhələsinin "Benfika" ilə matçının (0:1) 62-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Onun durumuna tibbi müayinəddən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Bavariya" Saşa Boeni 2024-cü ilin yanvar ayında "Qalatasaray"dan transfer edib. 24 yaşlı sağ cinah müdafiəçisi dünya çempionatında 2 oyunda iştirak edib, 1 qol vurub, 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right