"Barselona" 17 yaşlı yarımmüdafiəçi transfer edir

"Barselona" heyətini gənc oyunçu ilə gücləndirməyə yaxındır.

Newsport.az xəbər verir ki, İspaniya çempionu Braziliyanın "Sport Resife" klubunda çıxış edən Ze Lukasın keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Artıq klublar arasındakı danışıqlar son mərhələdədir. "Barselona" braziliyalı yarımmüdafiəçinin transferini yaxın günlərdə rəsmiləşdirəcək.

Qeyd edək ki, Ze Lukas "Sport Resife"nin yetirməsidir. 17 yaşlı futbolçu bu mövsüm əsas komandanın heyətində 17 oyunda iştirak edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right