"Napoli" Noa Lanq ilə müqavilə imzalayacaq.
Newsport.az xəbər verir ki, Hollandiya mətbuatının məlumatına görə, Neapol klubu PSV ilə 26 yaşlı vingerin transferi barədə razılığa gəlib. Futbolçu ilə illik 2,5 milyon avro maaşla 5 illik müqavilə bağlanacaq.
Müqavilənin məbləği müxtəlif mənbələrə görə 25–28 milyon avro arasında dəyişir.
Qeyd edək ki, Lanq 2023-cü ildən PSV-də çıxış edir. O, Niderland çempionatının ötən mövsümündə 29 matçda 11 qol və 10 asistlə yadda qalıb.