"Milan"ın qapıçısı Mayk Menyan klubu tərk etməyəcək.
Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, bir çox komandadan təklif alan fransız qapıçı “rossonyerlər”in düşərgəsindən ayrılmaq istəməyib.
O, “Çelsi” və “Mançester Yunayted”in təkliflərini də geri çevirib. Qeyd edək ki, ötən mövsüm Menyan "Milan"ın heyətində bütün turnirlərdə 52 oyuna çıxıb, 14 matçda qapısını toxunulmaz saxlayıb.
29 yaşlı qapıçının "Milan"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.